İRNA-nın bazar ertəsi “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İngiltərə hökuməti tərəfindən bazar ertəsi dərc edilən İngiltərə, Fransa və Almaniyanın birgə bəyanatında, bu ölkələr İrana müraciət etməklə yanaşı bildirdilər ki, müharibə indi başa çatmalı və hələ də saxlanılan bütün əsirlər azad edilməlidir. Bəyanatda həmçinin qeyd olunub ki, Qəzzə əhalisi “yardımların dərhal və məhdudiyyətsiz çatdırılması və paylanmasına” ehtiyac duyur.
İRNA-nın məlumatına görə, İranın şəhid İsmayıl Həniyyənin terror edilməsinə qaçılmaz cavabı və Livanın İslami müqavimətinin yüksək rütbəli komandirlərdən olan şəhid Fuad Şükürün terror edilməsinə reaksiyası sionist rejimin təşviş və psixoloji sarsıntısını günü-gündən artırır.
Sizin rəyiniz